Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa klubunda ciddi itki

Premyer Liqa klubunda ciddi itki

Tarix: 28 Dekabr 2023 18:28

"Brayton"un yarımmüdafiəçisi Kaoru Mitoma zədə səbəbindən azı 4 həftəlik sıradan çıxıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqanın 18-ci turunun "Kristal Pelas"la oyununda (1:1) zədə alan yapon vingerin təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Mitomanın hətta zədə səbəbindən Asiya Kubokunda Yaponiya yığmasına da kömək edə bilməyəcəyi vurğulanır.

Milli.Az


Etiketlər:  Premyer Liqa klubunda ciddi itki


RƏYLƏR