Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində media turu təşkil olundu - FOTOlar

Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində media turu təşkil olundu - FOTOlar

Tarix: 28 Dekabr 2023 22:10

Cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində media turu təşkil olunub.

Sonxeber.net xəbər verir ki, ümumi ərazisi 2,2 hektar olan idman qurğusunda yaradılan şəraitlə bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu mətbuat nümayəndələrinə məlumat verib.

O, mərkəzdən Gənclər və İdman Nazirliyi ilə birgə istifadə etdiklərini söyləyib. Baş katib məşq zallarındakı tatamiyə yaylı sistemin quraşdırıldığını sözlərinə əlavə edib. Bu da zədələrin qarşısını almağa kömək olur. Kişilərdən ibarət komanda üçün nəzərdə tutulan tatami beynəlxalq təlim-məşq toplanışları təşkil etmək baxımından standartlara cavab verir.

R.Rəsullu kompleksin tam şəkildə federasiyanın idarəetməsində olduğunu vurğulayıb. Kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə bilir.

Mərkəzdə fiziki hazırlıq zalı, məşqçilərin otaqları, 28 yerlik müasir otel bölməsi fəaliyyət göstərir. İdman qurğusu, eyni zamanda həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.

Əsaslı təmir zamanı uzunluğu 96 metr və eni 72 metr olan stadionun süni ot örtüyünün dəyişdirildiyini deyən baş katib əlavə edib ki, stadion müasir işıqlandırma sistemi ilə təchiz olunub.


Etiketlər:  Cüdo üzrə milli komandalar üçün Təlim Məşq Mərkəzində media turu təşkil olundu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ