Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynaya kütləvi raket hücumu: ölənlərin sayı 22-yə çatıb, 128 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Ukraynaya kütləvi raket hücumu: ölənlərin sayı 22-yə çatıb, 128 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

Tarix: 29 Dekabr 2023 18:48

Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ən azı 128 nəfər yaralanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bu hücumun cavabsız qalmayacağını bildirib.

--------

13:43

Rusiyanın Ukraynaya bu gün səhər raket hücumu nəticəsində 12 nəfər ölüb, 75 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gecə və bu gün səhər Rusiya Silahlı Qüvvələri Ukrayna ərazilərinə kütləvi raket və dron zərbələri endirib. Ölkənin bir sıra vilayətlərində hava həyəcanı siqnalı verilib.

--------

11:57


Ukraynada Rusiyanın kütləvi dron və raket hücumu ilə bağlı gərginlik davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Dnepr meri hava hücumları zamanı ölənlərin və yaralananların olduğunu deyib. Bundan başqa, Kiyevdə 5 nəfər yaralanıb. Şəhərdə "Artyom" hərbi zavodu və "Lukyanovskaya" metro stansiyası da zərbələr zamanı zədələnib.

Xarkov meri Terexov isə şəhərə 22 zərbə endirildiyini, ölən və yaralananların olduğunu bildirib.

Raket zərbələrinin Odessa, Ternopol və Lvov şəhərlərinə də endirildiyi bildirilir.

-----

10:46


Ukraynada bir çox regionunda gecə ikinci dəfə hava həyəcanı verilib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Şahed" dronları ilə Ukrayna ərazilərinə kütləvi hücum olub.

Ballistik zərbə təhlükəsinin olduğu bildirilir.

Eyni zamanda, Lvovda güclü partlayışlar baş verir.

Bundan başqa, Dnepr şəhərində ticarət mərkəzində yanğın baş verib. İlkin versiya kimi, yanğın Rusiyanın gecə həyata keçirdiyi hava hücumları nəticəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, ticarət mərkəzində partlayış səsləri eşidilib. Hadisə yerinə cəlb olunan müvafiq qurumlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər davam edir.

Kiyevdə də partlayışlar baş verib, hava hücumundan müdafiə sistemi işləyir.

Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

"Kiyevdə partlayışlar... Sığınacaqlarda qalın!" - o, Telegram kanalında yazıb.

Daha sonra Kliçko yeni partlayışlar barədə məlumat verib və qeyd edib ki, şəhərdə "hava müdafiəsi intensiv işləyir".

Kliçko həmçinin bildirib ki, Kiyevin Podolsk rayonunda anbarlar yanır.

"Bütün xidmətlər yerindədir", - mer qeyd edib.

Xarkov meri İqor Terexov isə Telegram kanalında şəhərdə partlayışların "üçüncü dalğası"nın baş verdiyini açıqlayıb. Xarkovda azı 8 partlayış səsinin eşidildiyi bildirilir. Xarkovda 35 yaşlı kişi həlak olub, 8 nəfər isə xəsarət alıb.

Hazırda bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Dnepr (keçmiş Dnepropetrovsk), Odessa, Poltava və Xmelnitski vilayətlərində, eləcə də Zaporojye şəhərində partlayışların baş verdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Ukraynaya kütləvi raket hücumu ölənlərin sayı 22 çatıb 128 nəfər yaralanıb YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ