Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanı niyə yeni pandemiyaya hazırlamaq istəyirlər? - süni, yoxsa....

Dünyanı niyə yeni pandemiyaya hazırlamaq istəyirlər? - süni, yoxsa....

Tarix: 29 Dekabr 2023 19:24

Adil Qeybulla: "COVİD-19 pandemiyası artıq bitib, yeni pandemiyanın yaranması o zaman qaçılmaz olacaq ki..."

COVİD-19 pandemiyası başa çatar-çatmaz dünyada belə söhbətlər, müzakirələr meydana çıxdı ki, yeni bir pandemiya elan oluna bilər. Hazırda dünyanın müxtəlif ölkələrində qızılca geniş şəkildə yayılıb, ancaq pandemiya halı yoxdur.

Lakin sanki bir sıra güclər növbəti pandemiya başlatmaqda maraqlıdırlar, digər bir qütb isə buna qarşı mübarizə aparır.

"Dünya daha bir mümkün pandemiyaya hazır deyil".

Bu barədə BMT Baş katibi Antonio Quterreş Epidemiyaya Beynəlxalq Hazırlıq Günü (27 dekabr) ilə bağlı bəyanatında deyib.
COVİD-19 pandemiyasını xatırladan BMT Baş katibi bildirib: "Zəngin ölkələrin pandemiyaya qarşı tibbi ləvazimatlar yığması və onlara nəzarət etməsi səbəbindən meydana gələn əxlaqi və tibbi fəlakətdən imtina etməli və hər kəsin diaqnostika, müalicə və peyvəndlərə çıxışını təmin etməliyik".

Bəli, fakt bundan ibarətdir ki, COVİD pandemiyası dövründə bir sıra böyük ölkələrin hansı saxtakarlıqları, ədalətsizlikləri etməsinin də şahidi olduq. İlk dəfə olaraq bunları məhz Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə ifşa və tənqid etdi...

İndi görünən budur ki, yeni bir pandemiya kimlərəsə lazımdır. COVİD-in süni şəkildə yayıldığı iddialarının təkzib edilmədiyini nəzərə alsaq, düşünə bilərikmi ki, süni şəkildə vaxtaşırı pandemiyalar yaradıla bilər? Bunda kim maraqlıdır?

Bu məqamda qeyd edək ki, 2019-cu ilin sonuna yaxın Çində ortaya çıxdıqdan sonra bütün dünyaya yayılan və milyonlarla insanın ölümünə səbəb olan COVİD-19 pandemiyası insanları indi də "JN.1" variantı ilə təşvişə salıb.

Yeni variantla bağlı dünyanı xəbərdar edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda "kəşf edilən" və əslində, COVİD-19-un "yeni" virus variantı olan JN.1-in sürətlə yayıldığını açıqlayıb.

İndiyədək Fransa, ABŞ, Çin, Sinqapur, Kanada, İngiltərə və İsveçdə yoluxmaların sayının sürətlə artdığı, "JN.1" variantının bu ölkələrlə yanaşı, 41 ölkədə aşkarlandığı qeyd edilib.

ÜST-nin məlumatında bildirilib ki, ABŞ-da COVİD-19-un JN.1 variantına yoluxma son iki həftədə iki dəfə artıb, ölkədə virus infeksiyasına yoluxanların 44 faizində məhz bu ştam aşkarlanıb, xəstəxanada müalicəyə alınanların sayında 10,4 faizlik artım var. Əsas səbəb kimi də amerikalılarda vaksinasiya prosesində aktivliyin azalması göstərilir.

Qeyd edilib ki, hazırkı COVİD-19 peyvəndləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarından ciddi xəstəlik və ölümdən qorumağa davam edir.

"Financial Times" (FT) yazır ki, yeni COVİD-19 "JN.1" variantının yayılması amerikalıların peyvənd olunmağa maraq göstərməmələridir.

ÜST də dünyada koronavirusa yoluxma hallarının 50 faizdən çox artdığını bildirir. Təşkilatın məlumatına görə, noyabrın 20-dən dekabrın 17-dək 850 mindən çox insan COVİD-19-a yoluxub.

Mütəxəssislər qeyd edir ki, yeni variantın COVİD-19-un digər ştamlarından heç bir fərqli əlaməti yoxdur. "JN.1"də də tənəffüs yolları xəstəliklərinin simptomları, yüngül qızdırma, burun tutulması və boğaz ağrısı kimi əlamətlər müşahidə olunduğu açıqlanıb. ÜST-nin açıqlamalarına görə, bu günə qədər yoluxan şəxslərdə vaxtilə müşahidə edilən ciddi təngnəfəslik və çox ciddi tənəffüs çatışmazlığı hallarına rast gəlinməyib.

Qeyd edək ki, koronavirusun yeni ştamı Azərbaycanda aşkarlanmayıb. Amma təbii ki, ölkəmizə sirayət edəcəyi ehtimalı nəzərdən qaçmamalıdır.

Milli.Az


Etiketlər:  Dünyanı niyə yeni pandemiyaya hazırlamaq istəyirlər süni yoxsa


RƏYLƏR