Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna bu ölkədən BMT TŞ-nin iclasını çağırmağı istədi

Ukrayna bu ölkədən BMT TŞ-nin iclasını çağırmağı istədi

Tarix: 29 Dekabr 2023 23:56

Ukrayna BMT-nin 30 üzvü ilə birgə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ekvadora müraciət edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba X hesabında məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya raket və dron hücumunu nəzərdən keçirmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq xahişi ilə müraciət edib.

"Hücumlar çoxsaylı mülki əhalinin tələfatı və mülki infrastrukturun ciddi şəkildə məhv edilməsi ilə nəticələnib", - nazir bildirb.

Milli.Az


Etiketlər:  Ukrayna bu ölkədən BMT nin iclasını çağırmağı istədi


RƏYLƏR