Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada nazir qəzaya düşdü - ANBAAN VİDEO

Rusiyada nazir qəzaya düşdü - ANBAAN VİDEO

Tarix: 30 Dekabr 2023 16:46

Rusiyanın Başqırdıstan Respublikasının səhiyyə naziri Ayrat Raxmatullinin olduğu avtomobil qəzaya düşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, nazirin olduğu "Toyota Kamri" avtomobili ötmə əməliyyatını həyata keçirmək istəyib. Lakin sürücü çovğun səbəbindən qarşıdan gələn "Lada Larqus"u görməyib və toqquşma olub.

Qəza nəticəsində Raxmatullinin körpücük sümüyü sınıb və qapalı kəllə-beyin travması alıb. Nazir və köməkçisi xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Rusiyada nazir qəzaya düşdü ANBAAN VİDEO


RƏYLƏR