Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Roma" azarkeşlərin narazılığına görə onun transferindən imtina etdi

Tarix: 30 Dekabr 2023 20:52

"Roma" rəhbərliyi  "Yuventus"un keçmiş müdafiəçisi, hazırda "Union"da (Berlin) çıxış edən Leonardo Bonuççini almaq fikrindən imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna azarkeşlərin kluba təzyiqi səbəb olub. Kütləvi narazılıqlardan sonra Turin təmsilçisi 36 yaşlı müdafiəçi ilə müqavilə imzalamaq barədə fikirlərini dəyişib.

Xatırladaq ki, daha əvvəl mətbuatda "Roma"nın zədəli olan əsas mərkəz müdafiəçisi Kris Smollinqin əvəzləyicisi kimi Bonuççini transfer etmək istədiyi barədə xəbər yayılmışdı.

Əlavə edək ki, L.Bonuççi bu ilin sentyabrından "Union"da oynayır.

Milli.Az


Etiketlər:  Roma azarkeşlərin narazılığına görə onun transferindən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ