Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2023 22:46
Biz vurğulayırıq ki, Rusiya Silahlı Qüvvələri yalnız hərbi obyektlər və onlarla birbaşa əlaqəli infrastrukturlar üzərində işləyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Belqoroda raket zərbələri endirməsini şərh edərkən deyib.
"Biz bu şəkildə hərəkət etməyə davam edəcəyik. Bu hücum cəzasız qalmayacaq", - Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb.