Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messinin 10 nömrəli forması əbədiləşdiriləcək

Messinin 10 nömrəli forması əbədiləşdiriləcək

Tarix: 1 Yanvar 2024 18:24

Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.

O bildirib ki, 36 yaşlı kapitan yığma karyerasını bitirdikdən sonra geyindiyi 10 nömrəli forma heç kimə verilməyəcək: "Messidən sonra bu formanı bir daha heç kim geyinməyəcək. 10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq".

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina millisinin heyətində 180 oyunda 106 qol vurub. Cənubi Amerika komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

Milli.Az


Etiketlər:  Messinin 10 nömrəli forması əbədiləşdiriləcək


RƏYLƏR