Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2024 23:30
İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb.
Ötən ilin yayında Baş nazir Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali Məhkəmə kollegiyasındakı 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul olunub.