Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda əməliyyat - 30-dan çox saxlanan var

İstanbulda əməliyyat - 30-dan çox saxlanan var

Tarix: 2 Yanvar 2024 15:34

Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Türkiyədə İsrail kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan 33 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu artıq istintaq tədbirlərinə başlayıb.

İstintaqda İsrail Xarici Kəşfiyyat Xidməti Mossad-ın humanitar səbəblərlə Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum və qaçırma kimi fəaliyyətlər həyata keçirməyi hədəflədiyinə dair məlumatlar üzə çıxıb. Sözügedən fəaliyyətlərin "beynəlxalq casusluq" fəaliyyətləri çərçivəsində ola biləcəyi qiymətləndirildikdən sonra 46 şübhəlinin tutulması üçün tədbir görülüb. Polis qüvvələrinin mərkəzi İstanbul olan 8 vilayətdə 57 ünvanda eyni vaxtda həyata keçirdiyi əməliyyatda 33 şübhəli ələ keçirilib, 13 şübhəlinin axtarışı isə davam edir.


Etiketlər:  İstanbulda əməliyyat çox saxlanan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ