Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

Tarix: 3 Yanvar 2024 21:26

Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün X sosial şəbəkə hesabında bildirib.

D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.

"Əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq", - deyə nazir bildirib.

Kuleba əlavə edib ki, bu, Avro-Atlantik birliyin "vacib siqnalıdır".

Xatırladaq ki, Ukrayna-NATO Şurası Ukrayna ilə Şimali Atlantika Alyansına üzv ölkələr arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığı platformadır.

Milli.Az


Etiketlər:  Ukrayna NATO Şurasının fövqəladə iclası keçiriləcək


RƏYLƏR