Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-müsəlman ölkəsində hazırlanmış balıq konservini hansı halda yemək olar?

Qeyri-müsəlman ölkəsində hazırlanmış balıq konservini hansı halda yemək olar?

Tarix: 4 Yanvar 2024 00:30

Balıqların yeyilməsinin hansı hallarda halal olması ilə bağlı şəriətimizin iki əsas göstərişi vardır. Birinci şərt budur ki, balığın pulcuğu olsun, yəni pulcuqlu balıqlar qisminə aid olsun. İkinci şərt budur ki, balıq sudan diri halda tutulsun və sudan kənarda can verib ölsün. Bu iki halda balığı yemək icazəlidir. Balıq konservlərinin halallıq şərtləri də eynidir. Konservdəki balığın pulcuqlu ya pulcuqsuz olduğunu etibarlı mənbələrdən - mütəxəssis bioloqlardan, kitablardan və ya internetdən öyrənmək mümkündür. Əgər konserv qutusunun üstündə adı yazılmış balığın pulcuqlu olması sübuta yetsə və qutudakı balığın həqiqətən qutunun üstündə adı yzılmış balıq növündən olmasına əminlik varsa, bu halda həmin balıq yuxarıdakı iki şərtin biri baxımından halal sayılır. İkinci şərtə - balığın suda yoxsa sudan kənarda can verməsinə gəlincə, adətən kütləvi istehsal üçün balıqlar balıqçı gəmilərindəki torlar vasitəsilə tutulur. Suya atılmış tor çəkiləndə adətən onun içindəki balıqların əksəriyyəti hələ diri olur və tor boşaldıqdan sonra can verir. Balıq nadir hallarda suda torun içində ikən ölür. Ona görə də konserv qutularındakı balıqların sudan diri çıxarıldığı ehtimal olunur və bu şərt baxımından da halal sayılır.

Milli.Az


Etiketlər:  Qeyri müsəlman ölkəsində hazırlanmış balıq konservini hansı halda yemək olar


RƏYLƏR