Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çia toxumlarının bilmədiyimiz faydaları

Çia toxumlarının bilmədiyimiz faydaları

Tarix: 5 Yanvar 2024 05:27

Alimlər çia toxumlarının müalicəvi xüsusiyyətlərini aşkar ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son araşdırmalar xərçəng və yüksək qan təzyiqinin mümkün müalicəsi də daxil olmaqla, çianın potensial tibbi faydalarını müəyyən edib.

Çia toxumları lif, protein və sağlam yağlarla zənginliyi ilə tanınır. Tədqiqatçılar bu toxumlarda sağlamlığımızı yaxşılaşdıra biləcək 2700-dən çox gen müəyyən ediblər. Bu genlər ürək sağlamlığı və xərçəng hüceyrələri ilə mübarizə üçün faydalı olan çoxlu doymamış yağ turşularının sintezindən məsuldur. Qida sənayesində, kosmetikada və hətta əczaçılıqda istifadə oluna bilən geləbənzər maddənin əmələ gəlməsinə kömək edən genlər də aşkar edilib.

Çianın həzm prosesi diabet və hipertoniya kimi problemləri müalicə edə bilən kiçik hissəciklər buraxır. Bu kəşf yeni təbii müalicələrin inkişafı üçün zəmin yarada bilər.

Milli.Az


Etiketlər:  Çia toxumlarının bilmədiyimiz faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ