Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noyabrın 18-dən bəri Qırmızı dənizdə gəmilərə 25 dəfə hücum edilib

Noyabrın 18-dən bəri Qırmızı dənizdə gəmilərə 25 dəfə hücum edilib

Tarix: 5 Yanvar 2024 07:56

18 noyabr 2023-cü ildən bəri Qırmızı dənizdə ticarət gəmilərinə 25 dəfə hücum edilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper məlumat verib.

"Noyabrın 18-dən bəri Qırmızı dənizin cənubu və Ədən körfəzindən tranzit keçən ticarət gəmilərinə 25 dəfə hücum edilib. Ən son insident bu gün (yanvarın 4-ü - Qeyd) səhər saatlarında baş verib.

Xoşbəxtlikdən itki olmayıb və bir gəmi də zədələnməyib. Hücum edilən gəmilər 55 ölkəyə birbaşa bağlıdır. Beləliklə, bu hücumların təsirləri bütün dünyada müxtəlif yollarla yayılır və dediyimiz kimi, bu, beynəlxalq həll tələb edən beynəlxalq problemdir"-deyə, o bildirib.

Kuper qeyd edib ki, Rifah mühafizəçisi" ("Prosperity Guardian") əməliyyatında iştirakçıların sayı artıb:

"Hazırda töhfə verən 22 ölkə var, Yunanıstan və Danimarka açıq şəkildə gəmi göndərməyə hazır olduqlarını bildiriblər. Əməliyyat başlayandan bəri müttəfiqlər 19 pilotsuz təyyarə və raketi vurub, 3 kiçik qayığı batırıb".

Milli.Az


Etiketlər:  Noyabrın 18 dən bəri Qırmızı dənizdə gəmilərə 25 dəfə hücum edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ