Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2024 16:56
Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22600-ə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Məlumata görə, yaralananların sayı isə 57910 nəfərdir.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.