Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 13:36
Bakı. Trend:
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və onun daha da genişlənməsi üçün əlverişli mühit yaradılıb. Elə bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də “Kral”dır. “Kral” təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir.
Ən maraqlısı da odur ki, “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı eyni zamanda tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir. Bu fəaliyyətlə şirkət tariximizə olan hörmətini nümayiş etdirir, tarixi torpaqlarımızın hər zaman insanlarımızın yaddaşında yaşamasına özünəməxsus töhfəsini verir. Şirkət milli mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza, dilimizə və dinimizə bağlılığımızı, milli yaddaşımızda qorunub saxlanmasını və gələcək nəsillərə ötürülməsini mühüm vəzifə kimi görür.
Qeyd edək ki, ət məhsullarının istehsalı və saxlanma şəraiti ən müasir standartlara uyğundur və bu mənada “Kral”ın istehsal etdiyi ət məhsulları tamamilə təmiz, halal və ekoloji təmizdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin