Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub

ABŞ-nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub

Tarix: 6 Yanvar 2024 07:54

"USS Dwight Eisenhower" gəmisinin başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Qırmızı dənizə daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu məlumat yayıb. İndi gəmi Yəmən sahillərində yerləşir.

Qrup müxtəlif təyinatlı 90-a qədər təyyarə daşımağa qadir olan təyyarədaşıyan gəminin özündən, həmçinin bir "Ticonderoga" sinfinə aid raket kreyseri və 5 "Arleigh Burke" sinfinə aid esminesdən ibarətdir. Bundan əlavə, gəminin Los Angeles sinifli hücum sualtı qayığı müşayiət edir.

Bundan əvvəl ABŞ-nin təyyarədaşıyan gəmisi Ədən körfəzində idi.

Milli.Az


Etiketlər:  ABŞ nin təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub


RƏYLƏR