Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada son altı ildə rekord sayda şirkət müflis oldu

Fransada son altı ildə rekord sayda şirkət müflis oldu

Tarix: 6 Yanvar 2024 08:12

2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri ən yüksək göstəricidir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Bankının saytında dərc olunmuş məruzədə deyilib.

"2023-cü ildə müflislərin sayı dekabrın sonuna kimi 55 492-yə yüksəlib", - sənəddə diqqətə çatdırılıb.

Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır. Məruzədə verilmiş qrafikə görə, bu göstərici 2017-ci ilin avqustunda və 2008-ci ilin dekabrına qədər daha yüksək idi. Fransa Bankı qeyd edib ki, hazırkı səviyyə 2010-2019-cu illər arasında orta göstəricini (59 342) keçmir. COVID-19 pandemiyası (2020-2021) zamanı indiki vəziyyətin yarısı idi.

Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.


Etiketlər:  Fransada altı ildə rekord sayda şirkət müflis oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ