Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fernando Diniz vəzifəsindən azad edildi

Fernando Diniz vəzifəsindən azad edildi

Tarix: 6 Yanvar 2024 11:02

Fernando Diniz Braziliyanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriges müvafiq qərarını "Fluminense"nin prezidenti Mario Bittenkura çatdırıb.

Diniz yığmanın və Braziliya klubunun baş məşqçisi vəzifələrini  daşıyırdı.

Qeyd edək ki, Dinizin 49 yaşı var və 2023-cü ilin iyulunda birillik müqavilə ilə bu vəzifəyə təyin olunmuşdu. 2023-cü ildə onun rəhbərliyi altında "Fluminense" Libertadores Kubokunu qazanıb və Klublararası Dünya Çempionatının finalına yüksəlib.

Dinizlə birlikdə Braziliya millisi altı oyun keçirib, bunların ikisində qələbə qazanıb, bir dəfə heç-heçə edib, üçündə isə məğlubiyyətlə üzləşib. 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya altı turdan sonra yeddi xalla altıncı yerdədir.


Etiketlər:  Fernando Diniz vəzifəsindən azad edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ