Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2024 13:15
Sənət aləmində nadir səsi olan Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfatı sənət aləmini və cəmiyyəti dərindən sarsıtdı.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, daim sənəti ilə gündəmdə qalan A.Bəylərin 11 il öncə verilişlərdən birinə şəxsi həyatı ilə bağlı verdiyi müsahibəni əldə edib.
Veriliş komandasını bağ evinə dəvət edən sənətçi orada şəxsi həyatı, qızı ilə bağlı danışıb.
O, böyük məhəbbət macərasından geriyə qalanın yeganə qızı olduğunu etiraf edib:
"Mən çox sevinirəm ki, mənim övladım öz sevdiyim insandandır. Uşaqlıqda o insanı sevmişəm, dünyanın ən xoşbəxt qadınlarından sayıla bilərəm. Allah əvvəldən qismət etməyibsə, nə qədər dalınca düşsən də, axtarsan da faydasızdır. Yəqin ki, belə olmalı idi...
Canan gözünü açıb heç ata görməyib. Aygün Bəylərin uşağına ata olmaq isə daha məsuliyyətlidir. Onun atası da, anası da Aygün Bəylərdir".
Mərhum sənətkar həyatında yaşadığı acı günləri unutmaq üçün Vətəni tərk edib hər kəsdən uzağa getmək istəyib:
"Yaxın dostuma dedim ki, mənə çox çətindir, bəlkə, kömək edəsiniz çıxım gedim buradan, əziyyət çəkirəm, uşağı tək böyütmək çox çətindir. O isə dedi ki, Aygün, məgər müharibədə şəhid olan oğullarımızın evdə qalan körpə balaları yoxdur? Bəs onların anaları uşaqlarını necə böyüdür? Bundan sonra ailə qurmaram, mənim harama yaraşır, 37 yaşım var... Uşağı böyütmək lazımdır".