Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 03:28
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trumpın dəvəti ilə 12-13 Noyabr tarixlərində ABŞ-a işgüzar səfər edəcək.
Trend-in məlumatına görə, səfər zamanı Türkiyə və ABŞ liderləri ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə, regional və beynəlxalq gündəmdəki məsələlərə, xüsusən Suriyadakı vəziyyətə toxunacaqlar.
Bundan əlavə, tərəflər terrorizmlə mübarizədə həmrəyliyin, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Səfər zamanı R.T.Ərdoğan işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edəcək. Tədbirin təşkilatçısı ABŞ Ticarət Palatasıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin