Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi

Prezident: “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatları məqsədyönlü əməliyyatlar idi

Tarix: 10 Yanvar 2024 20:30

23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın - red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, "Fərrux", "Sarıbaba-Qırxqız", "Qisas" əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: "Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi".

Milli.Az


Etiketlər:  Prezident Fərrux Sarıbaba Qırxqız Qisas əməliyyatları məqsədyönlü əməliyyatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ