Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin rəqibinin heyətində dəyişiklik

Millimizin rəqibinin heyətində dəyişiklik

Tarix: 12 Noyabr 2019 10:32

Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib.

Qol.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Pavel Hapal mətbuat konfransında bildirib. O,   Laslo Beneşi (“Borussiya”, Mönhenqladbax, Almaniya) zədəli olduğu üçün heyətdən çıxardığını söyləyib. Əvəzində isə "Breşiya"nın üzvü Nikolas Şpalek milliyə çağırılıb.

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.

 

 


Etiketlər:  Millimizin rəqibinin heyətində dəyişiklik


RƏYLƏR