Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2024 08:46
Pakistanın Hayber-Paxtunxva əyalətində parlament seçkilərində iştirak etmək üçün qeydə alınmış müstəqil namizəd Malik Kalim Ullah Xan ölkənin şimal-qərbində silahlı hücuma məruz qalıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.
Hayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunun Tappi bölgəsində deputatlığa namizədin avtomobili atəşə tutulub.
Nəticədə Malik Kalim Ullah Xan və onun iki mühafizəçi öldürülüb. Hələlik bölgədə fəaliyyət göstərən radikal qruplaşmaların heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Hücum ölkənin fevralın 8-nə təyin edilmiş ümumi seçkilərə hazırlaşdığı vaxta təsadüf edir. Bu, son vaxtlar ilk belə hadisə deyil.
Nəşr bildirib ki, Pakistandakı müxtəlif siyasi partiyaların mümkün tənqidlərinə baxmayaraq, təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşməsi səsvermə tarixinin təxirə salınması üçün əsas ola bilər.