Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 05:06
Hindistanın gündəmi indi bu xəbərlə doludur. Sosial şəbəkələrdə "Hamilə edib, pul qazan" elanı bir çox kişiləri üzüb. Qeyri-adi dələduzluq hadisəsinin iştirakçılarının bir ildir fəaliyyət göstərdiyi və çoxlu qurbanlarının olduğu məlum olub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, həmin elanda qadın hamilə qalacağı təqdirdə pul qazanılacağı bildirilirib. Polis bir ildir fəaliyyət göstərən dəstəyə qarşı əməliyyat keçirib. Fırıldaqçıların qurbanı olan şəxs 16 min rupi ziyana düşüb. Çox sayda adamın zərər çəkdiyini ifadə edən polis indiyə qədər 8 nəfəri həbs edib. 18 nəfər hələ də axtarışdadır.
Polis qrupları əməliyyatla bağlı verdikləri açıqlamada bildirilib ki, şəbəkə bir ildir fəaliyyət göstərir: "Yüzlərlə insanı aldatdıqlarına inanırıq. Ancaq bu günə qədər utandığı üçün heç kim şikayətçi olmayıb. Fırıldaqçılar qurbanlarına 7-8 qadının şəklini göndərərək, onlardan hamilə qalmaq istəyən qadını seçməyi tələb etmək üsulundan istifadə ediblər".
Aldadılan şəxslərdən biri ifadəsində belə deyib: "Videoya kliklədikdən 10 dəqiqə sonra telefonuma zəng gəldi. Həmin şəxs işə yazılmaq istəsəm, məndən 799 rupi ödəməyimi istədi. O, bir şirkətdə işləyəcəyini söylədi. Sonra hamilə qalması lazım olan qadının təfərrüatlarını mənə göndərəcəkdi. Qadınla cinsi əlaqədə olmağımın müqabilində mənə yarım milyon rupi (demək olar ki, üç aylıq məvacib maaş veriləcəkdi. Qadın hamilə qalacağı təqdirdə 800.000 rupi əlavə mükafat da vəd edilirdi".
Zərərçəkənlər ifadələrində peşman olduqlarını bildiriblər.