Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2024 07:00
Alimlər ağızda itirilən dişlərin sayına görə insanın ömrünə nə qədər qaldığını müəyyən edə biliblər.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu metod yalnız ahıl insanlar üçün keçərlidir.
Sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər az diş itirilibsə, onun 90 yaşa çatma ehtimalı bir o qədər yüksəkdir. Əgər 60-70 yaşa qədər ağızda daha çox diş qorunub saxlanılıbsa, deməli, orqanizm yaxşı vəziyyətdədir.
Dişlər erkən yaşdan tökülübsə, bu o deməkdir ki, insan həyatı boyu çox stress keçirib və sağlamlığına fikir verməyib.