Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2024 20:32
17 mövsüm "Roma"da yarımmüdafiəçi qismində çıxış edən Daniele De Rossi hazırkı baş məşqçi Joze Mourinyonun istefaya göndəriləcəyi təqdirdə Roma klubuna rəhbərlik edə bilər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Roma" rəhbərliyi De Rossini komandanın baş məşqçisi postuna dəvət etməyi son dərəcə cəlbedici hesab edir. Çünki onun klubla azarkeşlər arasında möhkəm əlaqə yaratmağa qadir olduğuna inanırlar.
Xatırladaq ki, daha əvvəl mətbuatda "Roma"nın bosslarının Mourinyonun rəhbərliyi altında komandanın cari mövsümdə göstərdiyi nəticələrdən narazı olduğu barədə məlumatlar yayılıb. Öz növbəsində De Rossi bildirib ki, "Qurdlar"a rəhbərlik onun arzusudur.
A Seriyasının 19 turundan sonra "Roma"nın 29 xalı var və hazırda 8-ci yerdədir.