Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Fransa şirkətinin Suriyadakı zavadonu belə məhv etdi - ANBAAN VİDEO

Türkiyə Fransa şirkətinin Suriyadakı zavadonu belə məhv etdi - ANBAAN VİDEO

Tarix: 14 Yanvar 2024 21:36

Türkiyənin pilotsuz uçuş aparatı (PUA) Suriyanın şimalında Fransanın "Lafarge SA" şirkətinə məxsus sement zavodunu məhv edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Military Observer TG" nəşri müəssisəyə hücumun görüntülərini də yayıb.

Daha əvvəl bildirilmişdi ki, "Lafarge SA" Suriyada sement istehsalı zavodunun fəaliyyətini dəstəkləmək üçün İŞİD terror qruplaşmasına və digər silahlı qruplara pul ödədiyini və 778 milyon dollar cərimə olunduğunu etiraf edib.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, "Lafarge SA" (2015-ci ildən Holcim qrupunun bir hissəsi) 2013-cü ilin avqustundan 2014-cü ilin oktyabrına qədər terrorçulara Suriyanın şimalındakı zavoda hücum etməmək müqabilində təxminən 17 milyon dollar ödəyib.

""Lafarc SA" günahını etiraf etdi və bu dəhşətli cinayətə görə məsuliyyəti öz üzərinə götürdü", - Nyu-Yorkun Şərq dairəsi üzrə prokuroru Breon Peace bildirib.

Holcim səhmləri çərşənbə axşamı İsveçrədəki ticarətdə 2,8% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 7,9% azalaraq 25,47 milyard İsveçrə frankına (25,55 milyard dollar) düşüb.

Milli.Az


Etiketlər:  Türkiyə Fransa şirkətinin Suriyadakı zavadonu belə məhv etdi ANBAAN VİDEO


RƏYLƏR