Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid"in hər oyunçusu "Barselona" üzərində qələbəyə görə 150 min avro alacaq

Tarix: 15 Yanvar 2024 06:28

İspaniya Superkubokunun finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələn "Real Madrid"in hər bir futbolçusu 150 min avro alacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.

Məlumata görə, "Real Madrid"in prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.

Qeyd edək ki, İspaniya Superkubokunun final oyununda "Real Madrid" "Barselona"ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) "Əl-Əvval Park" stadionunda baş tutan qarşılaşma "Real Madrid"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Real Madrid"in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 32 dəqiqə ərzində het-trik edib. "Barselona" bu qollardan yalnız birinin əvəzini çıxa bilib - 33-cü dəqiqədə Levandovski fərqlənib.

Qarşılaşmanın 64-cü dəqiqəsində Rodriqo "Real"ın 4-cü qolunu vurub: 4:1.

Beləliklə, "kral klubu" tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.

Daha əvvəl İspaniya Superkubokunun yarımfinalında "Real Madrid" "Atletiko Madrid"i 5:3 hesabı ilə məğlub edib. Qalibi müəyyən etmək üçün əlavə vaxt lazım olub.

Matçın əsas vaxtı heç-heçə başa çatıb - 3:3. "Barselona" isə bundan əvvəl "Osasuna"nı əsas vaxtda 2:0 hesabı ilə inamlı məğlub etmişdi.

2023-cü ildə İspaniya Superkubokunun finalında "Barselona" "Real Madrid"i 3:1 hesabı ilə məğlub edib.

Milli.Az


Etiketlər:  Real Madridin hər oyunçusu Barselona üzərində qələbəyə görə 150 min avro alacaq


RƏYLƏR