Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bundesver Rusiya ilə müharibəyə hazırlaşır - ŞOK İDDİA

Bundesver Rusiya ilə müharibəyə hazırlaşır - ŞOK İDDİA

Tarix: 15 Yanvar 2024 09:06

Bundesver (Almaniya ordusu - red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Qeyd olunur ki, analoji nəticə məxfi sənəddən də üzə çıxır.

Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən təlim ssenarisidir.

Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Qısa müddətdən sonra on minlərlə alman əsgəri döyüşə göndəriləcək.

Milli.Az


Etiketlər:  Bundesver Rusiya ilə müharibəyə hazırlaşır ŞOK İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ