Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran Pakistan ərazisinə hücumu razılaşdırıb

İran Pakistan ərazisinə hücumu razılaşdırıb

Tarix: 17 Yanvar 2024 14:10

İran Pakistan ərazisinə zərbələr endirib. Pakistan XİN səviyyəsində etiraz etdi. Amma İslamabadın real cavabının olub-olmayacağı bilinmir. Çünki İran Pakistanın dövlət obyektlərinə deyil, Tehranın terrorçu adlandırdığı radikal qrupun obyektlərinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Pakistan isə bilir ki, bütün ərazisinə, xüsusən də "qəbilə zonası" adlanan əraziyə nəzarət edə bilməz. Ola bilsin ki, Pakistan İranın öz düşmənlərini də məhv etməsinə sevinir. Etiraz isə asayiş naminə edilib. İranın hədəf aldığı qrup bəluclardır. Onlar həm İran, həm də Pakistan üçün separatçı sayılır. Ona görə də İranla Pakistan arasında heç bir münaqişə olmayacaq. Hətta ola bilsin ki, onlar İranın zərbəsinin məqsədlərinə dair əvvəlcədən razılaşıblar. Hərbi kəşfiyyat səviyyəsində razılaşma ola bilər", - o bildirib.

Milli.Az


Etiketlər:  İran Pakistan ərazisinə hücumu razılaşdırıb


RƏYLƏR