Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2024 20:10
Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişində maraqlı açıqlamalar verib.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, aparıcı anasının səhhətindən danışarkən kövrəlib.
"Ailəm mənim üçün hər şeydir. Mən onların arzularını reallaşdırmaq üçün illərdir əziyyət çəkirəm. Onların ən böyük arzularından biri də işğalda olan torpaqlarımız azad olunarkən mənim efirdə olmağım idi. Lakin 2020-ci ildə buna imkan vermədilər. Mən efirə çıxa bilmədim. Mənim efirə çıxmağıma mane olan şəxsi heç bir zaman bağışlamayacağam. Ahım daima onun üzərində olacaq".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" verilişini yoldaşı Doğuşla birgə aparır.