Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni mal ətinin satılmasına icazə verildi - Dünyada İLK

Süni mal ətinin satılmasına icazə verildi - Dünyada İLK

Tarix: 18 Yanvar 2024 23:06

İsrail dünyada ilk dəfə mal əti əsasında hazırlanmış süni ətin satışına razılıq verib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi "Aleph Farms" adlı şirkətə süni ət satmağa icazə verib.

Keçmişdə Sinqapur və ABŞ süni toyuq satışına icazə veriblər, lakin süni mal ətinin satılmasına icazə verən ilk ölkə İsrail olub. 

Qərar Nazirliyin alternativ zülal üçün pilot proqramın bir hissəsi olaraq qəbul edilib. Ölkə artan qlobal tələbat fonunda alternativ qida mənbələri üzərində işləyir.

Şirkət İsrail hökumətinin qərarı alqışlayıb. "Ərzaq təhlükəsizliyi kimi ümumi problemlərin həlli Yaxın Şərq regionunun, eləcə də dünyanın ərzaq idxalından əhəmiyyətli dərəcədə asılı olan digər bölgələrinin rifahını təmin etmək üçün ən yaxşı yol olacaq", - şirkətin baş direktoru Didier Toubia deyib.

Şirkət süni ət istehsal etmək üçün heyvanların toxuma əzələlərini daim inkişaf etdirmək qabiliyyətindən istifadə edir. Heyvanlardan götürülən hüceyrələrin toxumaya çevrilməsi üçün optimal şərait yaaradılır. Daha sonra bu hüceyrələr xüsusi çənlərdə yetişdirilir və ət hazırlanır. 

Milli.Az


Etiketlər:  Süni ətinin satılmasına icazə verildi Dünyada İLK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ