Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2024 20:35
Aparıcı Elgiz Əkbər efirdə Əməkdar artist Vasif Məhərrəmlinin sirrini açıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Elgizlə izlə" verilişində müğənninin geyindiyi geyimi soruşub.
"Əynindəki canlıq (jilet - red.) deyəsən şalvar idi. Məclislərin birində şalvarı görmüşdüm, indi necə canlğa çevrildi? Çox da xoşum gəlmişdi" deyə, Vasifə söyləyib.
İfaçı isə onun sözünü təsdiqləyərək "Onu İtaliyadan almışdım, baxanda bilinir. Çox xoşuma gəlmişdi. Bir gün cırıldı. Mən də çox xoşum gəldiyi üçün verdim onu canlıq tikdirdim" cavabını verib.