Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2026-nın finalı bu stadionda keçiriləcək - FOTO

DÇ-2026-nın finalı bu stadionda keçiriləcək - FOTO

Tarix: 20 Yanvar 2024 12:26

2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatının final oyunu Dallasda (Texas, ABŞ) keçiriləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, həlledici matç NFL-in "Dallas Cowboys" komandasının ev oyunıarını keçirdiyi AT&T stadionunda baş tutacaq. Nəhəng idman qurğusunun maksimal tutumu 105 min nəfərdir.

Dallasdakı stadion Dünya Kubokunun finalına ev sahibliyi etmək hüququ üçün Nyu Cersidəki arenadan üstün olub.

DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək. Final iyulun 19-da baş tutacaq.

Milli.Az


Etiketlər:  2026 nın finalı bu stadionda keçiriləcək FOTO


RƏYLƏR