Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2024 06:03
Toyuq yumurtası bir çox insanın səhər yeməyi üçün hazırladığı qidalardan biridir. Yumurta günə başlamaq üçün əla seçimdir.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, yumurta zülalla zəngin olduğu üçün gün ərzində orqanizm enerjili olur və uzun müddət aclıq hiss olunmur.
Buna görə də yumurta pəhriz saxlayanlar üçün əla seçimdir. Yumurta həmçinin beyin, sinir sistemi, ürək və qan damarlarına yaxşı təsir göstərən vitaminlər, sink, selen, fosfor və digər vacib elementlərlə zəngindir. Məhsulun tərkibində qocalmanı yavaşladan yağ turşuları var.
Bundan əlavə, yumurta sarısının tərkibində xolin var ki, bu da qaraciyərdə piylənmənin yaranmasına səbəb olur.