Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bülənt Qorxmaz istefa verdi

Bülənt Qorxmaz istefa verdi

Tarix: 12 Noyabr 2019 20:52

"Antalyaspor"un baş məşqçisi Bülənt Qorxmaz istefa verib.

Qol.az-ın məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssis şəxsi İnstaqram hesabında məlumat verib. O, azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edib:

"Antalyaspor"a gəlməyimizə səbəb olan bütün insanlara, bü günə qədər bizi dəstəkləyən klub prezidenti Ali Şafak Öztürkə, idarə heyətinə, azarkeşlərimizə və futbolçulara təşəkkür edirəm. Haqqınızı halal edin. Hər şey üçün çox təşəkkürlər".

Qeyd edək ki, B. Qorxmazın ötən mövsümün əvvəlindən çalışdırdığı "Antalyaspor" bu mövsüm 11 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, daha öncə “Qalatasaray”,  “Karabükspor"da çalışan Qorxmaz 2009-2010 mövsümündə "Bakı" klubunun baş məşqçisi olub.

 


Etiketlər:  Bülənt Qorxmaz istefa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ