Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir namizəd GERİ ÇƏKİLDİ: ''İnsanlardan xahiş edə bilmərəm ki...''

Daha bir namizəd GERİ ÇƏKİLDİ: ''İnsanlardan xahiş edə bilmərəm ki...''

Tarix: 22 Yanvar 2024 07:26

Florida qubernatoru, Respublikaçı Ron DeSantis 2024-cü ilin noyabrına planlaşdırılan ABŞ prezident seçkiləri üçün yarışdan geri çəkilmək qərarını açıqlayıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, o, "X" hesabında qələbəyə gedən yolu görə bilmədiyini yazıb.

"İstədiyim nəticəni əldə etmək üçün edə biləcəyim bir şey olsaydı, daha çox kampaniya tədbirləri və müsahibələr, mən bunu edərdim. Amma bizə dəstək olan insanlardan xahiş edə bilmərəm ki, əgər qələbəyə aparan aydın yolumuz yoxdursa, vaxtlarını və resurslarını ianə etsinlər. Bu gün mən kampaniyamın dayandırıldığını elan edirəm", - DeSantis yazıb.

Daha əvvəl bildirilirdi ki, milyarder İlon Maskın etimad göstərdiyi biznesmen Vivek Ramasvami ABŞ-da prezidentlik yarışında sonrakı iştirakdan imtina etmək niyyətindədir. Siyasətçi dövlət başçısı postu uğrunda mübarizədə ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəkləyəcək - o, bunu Ayova ştatında keçirilən tədbirdə açıqlayacaq.


Etiketlər:  Daha namizəd GERİ ÇƏKİLDİ İnsanlardan xahiş edə bilmərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ