Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo Barselonaya gəlib

Mourinyo Barselonaya gəlib

Tarix: 22 Yanvar 2024 13:44

"Roma"nın skeçmiş baş məşqçisi Joze Mourinyo hazırda Barselonadadır.

Milli.Az lent.az-a istinadən bildirir ki, 60 yaşlı mütəxəssis İspaniya şəhərinin hava limanında görünüb.

Jurnalistlər ona məşqçilik karyerasında gələcək planları ilə bağlı sual verib və hansı kluba keçə biləcəyini soruşublar. Portuqaliyalı çalışdırıcı cavab olaraq sadəcə başını tərpədib. "Barselona" haqqında danışarkən Mourinyonun üzündə təbəssüm yaranıb.

Mourinyo yanvarın 16-da "Roma"nın baş məşqçisi vəzifəsindən qovulub. O, 2021-ci ildən Roma komandasını çalışdırırdı. Onun rəhbərliyi altında "Qurdlar" 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub, bir il sonra isə Avropa Liqasında finalçı olub, lakin avrokubokda "Sevilya"ya uduzub.

O, daha əvvəl "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real", "İnter" və "Portu"da çalışıb.

Milli.Az


Etiketlər:  Mourinyo Barselonaya gəlib


RƏYLƏR