Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO 1.2 milyardlıq sursat alır

NATO 1.2 milyardlıq sursat alır

Tarix: 23 Yanvar 2024 17:10

NATO 155 mm-lik artilleriya sursatlarının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Biz elə indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınması üçün müqavilə bağladıq. Bu, NATO-ya öz müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək", - Stoltenberq bildirib.

NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə bildirib ki, üzv ölkələr sursatları imzalanmış müqaviləyə əsasən 24-36 ay ərzində alacaqlar.

Milli.Az


Etiketlər:  NATO 12 milyardlıq sursat alır


RƏYLƏR