Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO

Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO

Tarix: 24 Yanvar 2024 07:18

Məhkum həyatı yaşayan "Çiflik Bank"ın qurucusu "Tosuncuk" ləqəbli Mehmet Aydının həbsxanadan çəkilmiş fotosu gündəm olub.

Milli.Az qafqazinfo.az-a xəbər verir ki, foto Türkiyə mətbuatında yayılıb.

Belə ki, 20 gün əvvəl çəkilən fotoda Aydının 110 kiloqramdan 80 kiloqrama kimi arıqladığı bildirilib.

29 aydır Ədirnənin Qapalı həbsxənasında məhkum həyatı yaşayan Aydının həm idmanla məşğul olduğu, həm də pəhriz saxladığı deyilib.

Qeyd edək ki, Türkiyədə 100 mindən çox şəxsin dələduzluq edərək pulunu mənimsəyən Mehmet Aydın Braziliyada polisə təslim olmuşdu. Onun böyük qardaşı Fatih Aydın da eyni maddə ilə təqsirləndirilərək 2 il 6 ay həbs cəzası alıb.

Milli.Az


Etiketlər:  Türkiyədə 100 mindən çox şəxsi aldadan Tosuncuk həbsxanada Tanınmaz halda FOTO


RƏYLƏR