Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''da növbəti ayrılıq

''Liverpul''da növbəti ayrılıq

Tarix: 26 Yanvar 2024 22:16

"Liverpul"un idman direktoru Yorq Şmadtkenin qış transfer pəncərəsi bağlandıqdan sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Şmadtke ötən ilin iyunundan Mersisayd təmsilçisi idman direktoru vəzifəsini icra edib. Onun rəhbərliyi altında klub "Leyptsiq"dən yarımmüdafiəçi Dominik Szoboszlai, "Bavariya"dan Rayan Qravenberç və "Ştutqart"dan Vataru Endonu alıb.

Bu mövsüm İngiltərə Premyer Liqasının 21 turundan sonra "Liverpul" 1-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, baş məşqçi Yurgen Klopp da bu mövsümün sonunda klubdan ayrılacağını bildirib.

Milli.Az


Etiketlər:  Liverpulda növbəti ayrılıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ