Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymar zədədən sonra tanınmaz halda - FOTO

Neymar zədədən sonra tanınmaz halda - FOTO

Tarix: 29 Yanvar 2024 10:22

"Əl-Hilal"ın hücumçusu Neymar Romarionun ad günü şərəfinə təşkil edilən gecəyə qatılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, əfsanəvi braziliyalı futbolçunun 58-ci doğum gününü şəxsən təbrik etmək üçün mərasimə təşrif buyurub.

Ancaq dizindən zədəli olan Neymarın xarici görünüşü diqqətləri cəlb edib. Onun kökəlməsi nəzərlərdən yayınmayıb.

Qeyd edək ki, ulduz futbolçu oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) zədələnib. Sol dizin çarpaz bağının və meniskinin qopması diaqnozu ilə əməliyyat olunub.

Milli.Az


Etiketlər:  Neymar zədədən sonra tanınmaz halda FOTO


RƏYLƏR