Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 14:28
Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük addım atmağa hazırdırmı? Bu, Türkiyənin və ya Azərbaycanın qorxacağı bir silah deyil. Etiraf edim ki, bu suallara cavab verə bilmərəm.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın "Fiqaro" nəşrinin redaktor müavini, ermənipərəst politoloq Jan-Kristof Byuisson deyib.
"İnanmıram ki, bugünkü geosiyasi vəziyyətdə, Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropa ikinci cəbhə açmağa hazır olsun. Çünki gəlib ermənilərə kömək etsək, nəinki NATO üzvü Türkiyə, həm Azərbaycan, həm də problem yaşayacağımız Rusiyanın hərbi varlığı ilə qarşılaşacağıq, Moskva buna göz yummayacaq. Başqa sözlə, Ermənistanla ittifaq iki münaqişə yarada bilər və buna görə Avropa "bu oyuna girməyə dəyərmi?" deyə düşünür. Avropa müsəlman ölkələri arasındakı bu kiçik adanı (Ermənistan - red.) yeni regional münaqişə, hətta Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcək riskləri nəzərə alıb, qorumayacaq. Belə deyək ki, sabah Ermənistana hücum etmək qərarına gəlsələr, yaxud İrəvanda rusiyapərəst çevriliş baş versə, Avropa iki-üç min kilometr məsafədən müdaxilə edəcəkmi?
Hökumət və təəssüf ki, hətta Fransa əhalisi də Avropa əsgərlərinin Ermənistanda ölməsini anlamaz. İrəvana silah göndəririk, ona kömək edirik, amma bu silahları, "Ermənistanın tərəfindəyik, hücum etsəniz, bəlkə hərbi cəhətdən də onun yanında olacağıq" mesajı üçün göndəririk. Hərbi-siyasi reallıq elədir ki, Fransa parlamenti və xalqı Ermənistanı müdafiə etmək üçün əsgər göndərməyə razı olmayacaq. Fransız əsgərlərini islamçılarla döyüşən Malidə ölməyə göndərəndə də oxşar təcrübəni yaşadıq. Fransız əsgərləri Malinin demokratiyasını müdafiə etdilər, baxmayaraq ki, Mali onlara çox da minnətdar deyil. Yaxın əlaqələrimiz olan Ermənistana əsgərlərimizi göndərmək mümkün idi, amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü Türkiyədən qorxduğumuz üçün hələ də bunu etməmişik", - o bildirib.
Politoloq qeyd edib ki, Avropa, o cümlədən Fransa Türkiyədən çox qorxur:
"Çünki Suriyadakı vətəndaş müharibəsindən sonra Türkiyədə minlərlə qaçqın var. Avropa Türkiyənin tələblərinə icazə verməsə və ona qarşı bir az aqressiv olsa, Ankara qapılarını açacağı ilə hədələyir, açarsa, bu qaçqınlar gedəcək. Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsinə gəlincə, bu, sadəcə olaraq, arzudur. Bu arzular gerçəkləşəcəkmi? Təbii ki, yox: nə Avropa, nə də Fransa onları həyata keçirəcək. Çünki sanksiya tətbiqinin arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Dəyişən yeganə amil, gördüyünüz kimi, bu gün Fransa ilə Azərbaycan arasında münasibətlərdəki böyük gərginlikdir".