Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" argentinalı futbolçu üçün hərəkətə keçdi - FOTO

Tarix: 30 Yanvar 2024 14:04

Anxelinyo ilə yollarını ayıran "Qalatasaray" "Olimpik Lion"un argentinalı sol cinah müdafiəçisi Nikolas Talyafikon üçün hərəkətə keçib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Le Parisien" nəşri yazır.

İstanbul təmsilçisi Talyafikonun transferi üçün "Olimpik Lion" və futbolçu ilə danışıqlara başlayıb.

Müdafiəçi ilə "Qalatasaray"dan başqa İspaniyanın "Real Betis" və "Vilyarreal" klubları da maraqlanır.

Transfer dəyəri 8 milyon avro olan 31 yaşlı argentinalının "Lion"la daha 1,5 illik müqaviləsi var.

Bu mövsüm "Lion"un heyətində 17 rəsmi oyuna çıxan Talyafiko 1 qol və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qalatasaray" mövsümün əvvəlində "Leyptsiq"dən icarəyə götürdüyü Ancelino ilə yollarını ayırıb. Dünən İtaliyaya yollanan və "Roma"nın heyətində tibbi müayinədən keçən ispan sol cinah müdafiəçisinin bu gün rəsmi müqavilə imzalayacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Qalatasaray argentinalı futbolçu üçün hərəkətə keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ