Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski riskə gedir: “yeni taktika” genişlənir

Zelenski riskə gedir: “yeni taktika” genişlənir

Tarix: 31 Yanvar 2024 00:50

Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və ölkə daxilində siyasi mövqeyini qorumaq üçün böyük risklərə gedir. Buna görə də Ukraynanın Rusiya daxilindəki hədəflərə hücumları daha tez-tez olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Taym" nəşri yazıb.

"Rusiya rəsmilərinə qarşı sui-qəsdlər, eləcə də işğal olunmuş Krıma və Rusiyanın hərbi və iqtisadi infrastrukturuna PUA və raket hücumları artıb. Bundan əlavə, Kerç körpüsünə yeni hücumlar baş verə bilər. Bu da öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə daha intensiv hücumlarına səbəb olacaq. Bu hücumlardan hansısa biri NATO-nu birbaşa münaqişəyə cəlb edəcək. Nə Rusiya, nə də NATO belə bir genişlənməni istəyir, lakin müharibələr öz həyatlarını yaşayır", - nəşr bildirib.


Etiketlər:  Zelenski riskə gedir yeni taktika genişlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ