Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin xarici ticarət dövriyyəsi 600 milyard dolları ötdü

Türkiyənin xarici ticarət dövriyyəsi 600 milyard dolları ötdü

Tarix: 1 Fevral 2024 13:20

2023-cü ilin yanvar-dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə AzerVoice-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 20 milyard 255 milyard, 777 milyon dollara, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

"Keçən ilin dekabr ayında Türrkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 39 milyon dollar təşkil edib. 2023-cü ilin dekabrında Türkiyənin ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 0,4 faiz artaraq 23 milyard dollar, idxalatı isə 11 faiz azalaraq 29 milyard 39 milyon dollar təşkil edib", -deyə nazirlikdən bildirilib.

Milli.Az


Etiketlər:  Türkiyənin xarici ticarət dövriyyəsi 600 milyard dolları ötdü


RƏYLƏR