Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi

Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi

Tarix: 3 Fevral 2024 06:54

Çin təkrar istifadə oluna bilən daşıyıcı raket prototipi "Kuayçjou"nun uçuş sınaqlarını uğurla həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Expace" şirkətindən məlumat verilib.

Məlumata görə, ümumi uçuş vaxtı 22 saniyə olub ki, bunun da doqquz saniyəsi cihazın havada qalmasına sərf edilib. Raket mühərriki metan və maye oksigenlə işləyib. Eniş mövqeyi dəqiq olub və raketin gövdəsi zədələnməyib.

Şirkət sınaq missiyasını tam uğurlu adlandırıb.

Milli.Az


Etiketlər:  Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi


RƏYLƏR