Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi yaradıldı

Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi yaradıldı

Tarix: 3 Fevral 2024 09:42

7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. 

Milli.Az Secki-2024.az-a istinadən xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4.ünvanında yerləşir.

18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər:

Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

Əlaqə üçün: +995555250993 , +995322243004", - səfirlikdən bildirilib.

Milli.Az


Etiketlər:  Gürcüstandakı səfirliyimizdə seçki məntəqəsi yaradıldı


RƏYLƏR